Günün Yekunu - 15 oktyabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Son günlər sosial şəbəkələrdə guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davranması barədə videolar yayılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/100722
“Ermənistanın Azərbaycan HHQ-nin Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100721
"Erməni vandalları sentyabrın 27-dən bu günə kimi Azərbaycanın təkcə hərbi məntəqələrini deyil, həm də mülki əhalini hədəfə alırlar. Son zamanlar səngərdə uduzduqlarını gördükcə mülki əhalimizə qarşı daha çox təxribatlar törədirlər".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/100719
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən əldə etdiyimiz görüntülər Ermənistan Ordusundakı dəhşətli vəziyyəti təsdiqləyir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100713
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam edir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/100714
DYP-dən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, səfərə çıxmazdan əvvəl qeyd olunan şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/100703
Azərbaycanda yaşayan erməni əsilli vətəndaşımız Ermənistanın baş naziri Nikol Paşinyan və erməni xalqına səslənib. 78 yaşlı Tovuz sakini Alvina Marqosyan Ermənistan ordusunun əzəli Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını tələb edib. 58 ildir ölkəmizdə yaşayan erməni qadın özünü azərbaycanlı hesab edir və arzu edir ki, son nəfəsinədək Qarabağın dilbər güşəsi Şuşada yaşasın.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100684
Ermənistan KİV cəbhədə baş verənləri öz oxucularına çatdırmaq üçün tez-tez reportajlar hazırlayır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100682
Oktyabrın 14-dən 15-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/100678
Oxşar xəbərlər
Günün Yekunu - 14 oktyabr 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Bu gün saat 01:00 radələrində Ermənistan...