Günün Yekunu - 12 noyabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Qarabağın incisi Şuşanın azadolunma müjdəsini müqəddəs məkanda - Şəhidlər Xiyabanında xalqına çatdıran ölkə Prezidentimiz şəhidlərimizin qanlarının yerdə qalmayacağını bir daha bəyan etdi. İşğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması ilə həm Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, həm də şəhidlərimizin ruhu şad oldu. 44 günün sonunda qalib tərəf olan Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə öz təsdiqini tapdı.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103219
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında imzalanmış üçtərəfli bəyanatda ən böyük maddələrdən biri Naxçıvanla Mehri və Zəngilan arasında yolun açılmasıdır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103223
Hazırda kəskin respirator virus infeksiyaların mövsümi artımı dövründəyik.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/103227
Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/103238
"Səfərbərlik Xidməti tərəfindən orduya cəlb olunan vətəndaşların əmək haqları saxlanılır".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103239
Birinci vitse-prezident Mehriban Əliyeva 12 Noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103241
“Tərəflər arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə türk hərbçisini də istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir”.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103252
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq DTX-nin Şuşa şəhər idarəsi təsis edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103254
"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/103260
Xocavənd rayonunun işğaldan azad olunan Azıx, Akaku və Ağbulaq kəndlərindən videoreportaj hazırlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/103264
Müdafiə Nazirliyi işğaldan azad olunan Qubadlı rayonunun Xocik və Cəbrayıl rayonunun Hovuslu kəndlərindən videoreportaj yayımlayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/103271
Oxşar xəbərlər
Günün Yekunu - 10 noyabr 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Azərbaycan Respublikasının Prezidenti İl...