Güney Azərbaycandan Amuliyə cavab: İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın şəkilləri paylanıb.
BAKU.WS xəbər verir ki, bu barədə ""Azad İran" Telegram kanalı paylaşım edib.
Ərdəbilin cümə imamı Həsən Amelinin və onun əlaltılarının Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.
Bu aksiya canlı yayımda səsləndirilmiş Həsən Ameli və qulbeçələrinin özlərinə və rəhbərləri Xameneyiyə layiq sözlərinə cavab olaraq həyata keçirilib. Milli fəallar bu etiraz aksiyası ilə həmin təhqiramiz ifadələrə öz etirazlarını bildirməyə, Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...