Gülnarə Kərimova həbs olundu
06
mar
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri azadlıqdan məhrumetmə ilə əvəzlənib.Onun evini tərk etməsinə, həmçinin, rabitə-kommunikasiya vasitələrindən istifadə etməsinə qadağa qoyulsa da, Kərimova məhkəmə icraçılarının tələblərinə məhəl qoymayıb.Ölkəsində vergidən yayınma, dövlət vəsaitlərinin talanı, şantaj yolu ilə pul alma və ofşor şirkətlərinin olduğunu sübut edən sənədləri bilərəkdən məhv etməkdə təqsirli bilinən Kərimova bundan sonra cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilsə də, yarım ildən sonra onun cəzası yüngülləşdirilərək beş il müddətinə azadlığın məhdudlaşdırılması (ev dustaqlığı) ilə əvəzlənmişdi. 2018-ci ildə Kərimovanın ölkədən qaçaraq Dubaya pənah apardığı xəbəri yayılmışdı. AyselBAKU.WS
Oxşar xəbərlər
Ağcabədinin sabiq icra başçısı barədə həbsli axtarış qərarı verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib...