Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər

05
sen
2019
18:43
Göygöl Rayonunun Çaykənd kəndində iki erməni saxlanılıb.BAKU.WS bildirir ki, bununla bağlı xəbəri gununsesi.org saytı yayıb. Adıçəkilən saytın iddiasına görə, Rusiya vətəndaşı olan erməni ər və arvad kənddə foto çəkərkən diqqəti cəlb edib. Saxlanılan zaman məlum olub ki, milliyyətcə erməni olan bu şəxslər Rusiya pasportu daşıyır.Onlar turist kimi Gəncədə qalırmış. Hazırda onlar Göygöl rayonuna gətirilib.Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.Məsələ ilə bağlı məlumat almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlıya etdiyimiz zənglər cavabsız qaldı.Mövzuya qayıdacağıq.
Oxşar xəbərlər
Göygöl meşələri yanır - FOTO
Göygöl rayonunun meşə ərazisində yanğın başlayıb. BAKU.WS-in bölgə muxbirinim verdiyi məlumata görə, hadisə əsasən Gəncə kəndi kimi tanına ərazinin meşə massivi...
