Azərbaycana gələn çeçeni erməni qəbiristanlığındakı əməlinə görə polis saxladı

Azərbaycana gələn çeçeni erməni qəbiristanlığındakı əməlinə görə polis saxladı
Hadisə 2455
Ötən gün axşam saatlarında Tərtər rayonunun Bəyimsarov kəndində Çeçenistan vətəndaşı saxlanılıb.BAKU.WS “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əcnəbi kənddə yerləşən köhnə erməni qəbiristanlığını çəkərkən Tərtər rayon İctimai Təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən yaxalanıb. Onun yanında Naftalan şəhərindən olan bələdçi də olub. Saxlanılan şəxs Çeçenistandan Naftalana istirahətə gəldiyini, erməni dostunun xahişi ilə qəbiristanlığı çəkdiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlum...

652 Hadisə 13:30 28 yanvar 2019

Son xəbərlər