Goranboy istiqamətində mövqelərimiz atəşə tutulub - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...