Gökhan Özen yayılan görüntüsündən danışdı: "Kefimi poza bilməzsiniz" - FOTO

2000-ci illərdə populyarlıq qazanan müğənni Gökhan Özen yeni görünüşü ilə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında bununla bağlı video paylaşaraq üzündə heç bir şey olmadığını vurğulayıb:
"Birdə baxdım ki, hamı mənə zəng edib. Deyirlər sənin görünüşünlə bağlı hər yerdə xəbərlər çıxıb. Mətbuatdan bir nəfər fotoşopdan istifadə edərək canlı yayımdan videomu yazıb. İni bu videoya qapqara fotoşop etsən bütün üz cizgilərim ortaya çıxar. Hazırda üzümü fotoşopsuz formada çəkirəm. Simamda heç bir fotoşop yoxdur.
Sevənlərimə bunu söyləmək istəyirəm. Sadəcə gözlərimdə əməliyyat keçirdim. Onu da sağlamlığımla bağlı etmişdim. İlk və son dəfə bu barədə açıqlama verirəm. Mənim kefimi poza bilməzsiniz, insanların da kefini pozmayın".
Xatırladaq ki, Gökhan Özen uzun illər idi ki, Los Ancelesdə yaşayırdı. İfaçı bir müddət əvvəl Türkiyəyə qayıdıb.

Oxşar xəbərlər
Müge Anlının fotoşopsuz görüntüləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
Türkiyəli məşhur aparıcı Müge Anlının başına iş gəlib. BAKU.WS xəbər verir ki, "Müge Anlı ile Tatlı Sert" proqramının çəkilişi zamanı aparıcının üzü fotoşopsuz...