Giorgi Qaxariya: TANAP siyasi, təhlükəsizlik və iqtisadi baxımdan çox önəmlidir
TANAP layihəsi artıq Avropa sərhədlərinə çatıb və Azərbaycan qazının Gürcüstan vasitəsilə nəqlinə imkan verəcək.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri TANAP-ın Avropa bağlantısının açılış mərasimində iştirak edən Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib.
Baş Nazir layihənin Gürcüstanın siyasi, təhlükəsizlik və iqtisadi baxımdan güclənməsinə və inkişafına dəstək olacağını deyib. Onun sözlərinə görə, TANAP enerji daşıyıcılarının nəqli baxımından əhəmiyyətli layihə olmaqla yanaşı, ölkəsinin tranzit funksiyasının önəmini daha da artırır.
Giorgi Qaxariya deyib: “Gürcüstan hökumətinin əsas vəzifələri sürətli iqtisadi artımı, yeni iş yerləri açılmasını və milli təhlükəsizliyi təmin etməkdir. TANAP layihəsi bütün bu tələblərə cavab verir”.
Oxşar xəbərlər
İlham Əliyev TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçılarının şərəfinə verilən ziyafətdə - FOTO
Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin iştirakçı...