General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) gündən-günə güclənir.
BAKU.WS Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu general-mayor Namiq Bayramov HHQ-nin Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimində deyib.
Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Bu cür kursların Azərbaycan Ordusunun döyüş qüdrətinin artırılması və peşəkar zabit kadrları ilə komplektləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğu bildirilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar nəticəsində Hərbi Hava Qüvvələrinin gündən-günə gücləndiyi vurğulanıb.
Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 8-də Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi...