Gəncədə erməni terroru nəticəsində dağılan evlər bərpa olunur - FOTO
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.
BAKU.WS xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətindən "trend"ə verilən məlumata əsasən, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnib və ya tamamilə dağıdılıb.
Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər sürətlə davam etməkdədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prosesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, qismən ziyan dəymiş 253 evin təmiri artıq başa çatıb, 893 evdə isə işlər davam etməkdədir. Bununla yanaşı 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.
Qalereya
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...