Gənc qız şəxsi TIR-ı ilə 6 ölkə keçib Türkiyəyə yardım gətirdi - FOTO

Gənc qız şəxsi TIR-ı ilə 6 ölkə keçib Türkiyəyə yardım gətirdi - FOTO
Foto
Siyasət 521

Fransada yaşayan türkiyəli TIR sürücüsü Gülfem Zengin xeyirxah addımı ilə medianın diqqətini çəkib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, yaşadığı ölkədən şəxsi TIR-ı ilə zəlzələdən zərərçəkənlərə yardım gətirib.

Gülfem 4 gün ərzində 6 ölkə keçərək 4 min 300 kilometr yol qət edib və Türkiyəyə çatıb.

Onun şəxsi TIR-na yüklənmiş yardımlar Kahramanmaraşa çatdırılıb.

Gənc xanımın bu addımı hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Gülfem Zengin qardaş ölkənin bir sıra xəbər portallarının manşetinə çevrilib.

Son xəbərlər