"Gənc əsgərlər cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbinin sirləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq, hər il olduğu kimi, ildə 4 dəfə həyata keçirilən prosedurdur.“Bu çağırışın hazırkı hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur.
Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq Vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...