Gəlir vergisinin 2 dəfə artırılması təklif olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda gəlir vergisinin 2500 manatdan 5000 manata qədər artırılması təklif olunur.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
O xatırladıb ki, gəlir vergisi hazırda dövlət və neft sektorunda çalışanlara şamil edilib:
“Qeyri-neft, qeyri-dövlət sektorunda böyük addım atılaraq sahibkarlara dəstək proqramı çərçivəsində 2026-cı ilə qədər 8 min manatadək 0 gəlir vergisi ödənilir”.
Nazir qeyd edib ki, ilkin hesablamalara görə, bu təklif qəbul edilərsə, bu dövlət büdcəsində 150 milyon manat itki ilə nəticələnəcək:
“Təxminən söhbət 40 min nəfərdən gedir. Gərək bunu dəyərləndirək”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...