Gəlinlə bəy toy gecəsi öldü! - Səhər kənd meydanında yandırdılar - FOTO
Hindistanın Uttar-Pradeş ştatında toy gecəsi bəylə gəlin ölüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı Pratap Yadav və 22 yaşlı Puşpa Yadav mayın 30-da möhtəşəm mərasimlə evləniblər.
Toydan sonra otaqlarına gedən cütlük səhər otaqdan çıxmayıb. Saatlar sonra otağa daxil olan ailə üzvləri yeni cütlüyün dünyasını dəyişdiyini görüblər.
Xəbərdən sonra hadisə yerinə gələn polisin verdiyi açıqlamada cütlüyün infarkt keçirərək dünyasını dəyişdiyi bildirilib.
"Mütəxəssislər cütlüyün otağına baxış keçiriblər və müəyyən ediblər ki, otaqda ventilyasiya yoxdur və tavan ventilyatoru və hava sirkulyasiyası olmadığı üçün ürək dayanması ehtimalı istisna oluna bilməz", - deyə polis müstəntiqi bildirib.
Başqa bir məmur isə açıqlamasında cütlüyün otağına zorla girmə əlamətinin olmadığını qeyd edib.
Daha sonra, gənc cütlüyün cəsədləri rayon əhalisinin inancına uyğun olaraq həmin gün kənddə qurulan xüsusi tonqalda yandırılıb.
Oxşar xəbərlər
Hindistanda keçmiş siyasətçi və qardaşı canlı yayımda güllələndi - ANBAAN VİDEO
Hindistanın Uttar Pradeş vilayətində adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib. BAKU.WS...