Hindistanda keçmiş siyasətçi və qardaşı canlı yayımda güllələndi - ANBAAN VİDEO
Hindistanın Uttar Pradeş vilayətində adam oğurluğunda təqsirli bilinən keçmiş siyasətçisi Atiq Əhməd qardaşı ilə birlikdə canlı yayım zamanı güllələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail"in məlumatında bildirilir.
Polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərlə danışarkən başına silah tuşlanıb.
Hadisədən sonra özünü jurnalist kimi təqdim edən 3 nəfər həbs edilib.
Qardaşlar hadisə yerində keçiniblər.
Polisin bildirdiyinə görə, hücum etdiyi iddia edilən üç şəxs motosikletlə hadisə yerinə gəlib. Hadisə yerində bir polis və bir jurnalist də yaralanıb.
Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü. Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.
Qeyd olunur ki, Əhməd və qardaşı 2005-ci ildə deputat Raju Palın öldürülməsi işində əsas şahidin qətli ittihamı ilə bağlı həbsdə idilər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...