GECF-in baş katibi: "COP29 böyük uğur qazanacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğur qazanacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu əminliklə Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə bildirib.
O qeyd edib ki, COP29 mühüm məsələlərin müzakirəsi və vacib qərarların alınması baxımdan mühüm platformadır: "Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ilə görüşümdə də bununla bağlı söhbətimiz oldu. İnanıram ki, bu mötəbər tədbirdə atılacaq addımlar enerji keçidinə mühüm töhfələr verəcək".
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...