G7 nazirləri Ukrayna infrastrukturunun bərpası ilə bağlı razılığa gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.
Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.
Oxşar xəbərlər
G7 və Aİ Rusiyadan boru kəməri qazının tədarükünün bərpasını qadağan etməyi planlaşdırır
“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qa...