G7 və Aİ Rusiyadan boru kəməri qazının tədarükünün bərpasını qadağan etməyi planlaşdırır

G7 və Aİ Rusiyadan boru kəməri qazının tədarükünün bərpasını qadağan etməyi planlaşdırır
Siyasət 23

“Böyük Yeddilik” (G7) və Aİ ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi çərçivəsində Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalını qadağan etmək niyyətindədir.

Bu barədə “Financial Times” qəzeti G7 liderlərinin bəyanat layihəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniya kimi ölkələrə boru kəməri qazının ixracının bərpasının qarşısını almalıdır. Moskvanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə faktiki olaraq kəsilib.

Son xəbərlər