Aİ səfirləri Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqlədi
02
iyn
2022
20:40
Avropa İttifaqı (Ai) ölkələrinin səfirləri təşkilatın Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiqləyib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın qurumdakı nümayəndəliyi məlumat verib.
Aİ-nin altıncı sanksiyalar paketinə Rusiyadan dəniz yolu ilə neft tədarükünə qadağa daxildir. Üstəlik, sanksiyalar paketi boru kəməri ilə neftin idxalına embarqo qoyulmasına imkan verir.
“Səfirlərin qərarı var. Altıncı sanksiyalar paketi Aİ-nin rəsmi jurnalında cümə günü dərc edildikdən sonra qüvvəyə minəcək”, - diplomat bildirib.
Oxşar xəbərlər
Aİ Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
Avropa İttifaqı ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Avr...