Əfv Komissiyasının növbəti iclası keçirilib
20
fev
2018
18:38
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Əfv Komissiyasının növbəti iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı...