Füzuliyə daha 846 ailə köçürüləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın aylarda Füzuli rayonuna daha 846 ailənin köçürülməsi planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev Ağdam şəhərində keçirilən “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktiki konfransda bildirib.
O qeyd edib ki, indiyə qədər Füzuli şəhərinə 358 ailə, Tərtər rayonunun Talış kəndinə 20 ailə köçürülüb.
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair dövlət proqramına əsasən geniş miqyaslı bərpa və quruculuq işləri aparılır", - deyə F.Hacıyev vurğulayıb.
Oxşar xəbərlər
Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO
Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci i...