Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində aparılan bərpa işləri ilə bağlı təqdimat keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqdimat Füzuli Beynəlxalq Hava Limanında baş tutub.
Təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, LUKOIL neft şirkətinin qurucusu Vahid Ələkbərov və "LUKOIL Azərbaycan" QSC-nin baş direktoru Rasim Əmrəliyev iştirak ediblər.
Təqdimatı E.Hüseynov edib.
Daha sonra Füzuli şəhərinin işğal dövründə dağıdılmış vəziyyəti, şəhərin baş planı, inşa olunan yaşayış kompleksləri və mərkəzi park layihəsi barədə də məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Pezeşkianla Mirzoyan TRIPP layihəsini müzakirə ediblər
İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölk...