Füzulidə vaksinasiyanın ikinci mərhələsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunda vaksinasiyanın ikinci mərhələsinə start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.
Qeyd olunub ki, bununla paralel tibb işçilərinin də vaksinasiyası davam edir:
"Yaşı 65-dən yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət və eləcə də dializ alan xəstlərə vaskin vurulur.
Bundan əlavə ayın 18-dən başlanan səhiyyə işçilərinin də vaksinasiya prosesi davam etdirilir və yekunlaşmaq üzrədir. Artıq bu günə kimi 600-dən çox vətəndaşa vaksin vurulub.
Vaksinasiya üçün 7 otaq yaradılıb ki, bunlardan biri də vaksin vurulandan sonra pasiyentlərin yarım saat ərzində nəzarət altında saxlanılması üçündür".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...