Füzulidə kütləvi məzarlıq aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli şəhərində insan sümükləri aşkarlanıb.
Bu barədə “Global Photo Stock”un Füzuliyə ezam edilən əməkdaşına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi məlumat verib.
O bildirib ki, Füzuli şəhərində yerləşən peşə məktəbinin ətrafında 300 metrlik ərazidə kütləvi məzarlıq aşkar edilib:
“Məzarlıqda nə qədər insanın dəfn olunduğu hələlik məlum deyil. İstintaqın yekununda əldə edilən məlumatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Hələ bu məzarların Birinci Qarabağ Müharibəsinə aid olub-olmadığı da məlum deyil”.
Qalereya
Oxşar xəbərlər
Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 7 azərbaycanlının meyitinin qalıqlarını təhvil verdi
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəya...