Füzulidə erməni hərbçilərin meyitləri aşkarlandı
12
fev
2021
08:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci Qarabağ müharibəsində itkin düşmüş daha 4 erməni hərbi qulluqçunun meyiti aşkarlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, erməni hərbçilərin meyitləri Fizuli rayonunda aparılan axtarışlar nəticəsində aşkar edilib. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin olunub.
Qeyd edilir ki, bununla da Qarabağda aparılan axtarışlar zamanı aşkarlanan itkin erməni hərbçilərin meyitlərinin sayı 1 371-ə çatıb.
Oxşar xəbərlər
Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı AÇIQLANDI
Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyiti tapılıb. Bu barədə “Report” “News.am”a istinadən xəbər verir....