Fulya Öztürkün müəllifi olduğu İkinci Qarabağ müharibəsi ilə bağlı film nümayiş olunub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
CNN Türk telekanalında "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli film nümayiş olunub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarının azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.
Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.
Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələri ilə bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.
Oxşar xəbərlər
Şahidlər Xocalı soyqırımında amansız cinayətlərdən danışdı - FOTOREPORTAJ
Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar aras...