Fuat Oktay: Xocalı kimi qətliamları heç vaxt unutmamalıyıq
Sabah Xocalı faciəsinin növbəti ildönümüdür, bu kimi qətliamları heç vaxt unutmaq olmaz.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vaxtilə türklərə qarşı qətliamlar törədənlərin sonradan dünyada "türklər qətliam törədib" deyə təbliğat aparmaları və bununla bağlı müxtəlif ölkələrin parlamentlərində qərarlar qəbul etdirmələri qəbuledilən hal deyil:
"Təəssüf ki, bəzi ölkələr, xüsusilə, Fransa bu məsələdə ön sırada yer alıb. Bu da Qərbdə bir çox ölkələrin gördüyü və bizim təəssüf hissi ilə xatırladığımız məsələlərdəndir".
F.Oktay onu da əlavə edib ki, hazırda Ermənistan daha fərqli mövqe nümayiş etdirir: "Bu isə sevindirici haldır".
Oxşar xəbərlər
Prezidentin xüsusi nümayəndəsi: "İlin sonunadək Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir"
"İlin sonuna qədər Ağdamda dörd yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir". BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublik...