Fuad Muradov MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb

Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bir araya gəlib.
Bu haqda R.Cabirli öz sosial media hesabından məlumat verib.
“82 fərqli ölkədə 179 şöbəsiylə 14000 sahibkarı birləşdirən Türkiyənin ilk iş insanları dərnəyi olan MÜSİAD və Diasporla İş üzrə Dövlət Komitəsi arasında mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı geniş müzakirələr apardıq.”,- deyə Cabirli bildirib.
Bu məqsədlə işçi qrupun yaradılması ilə bağlı qərar verildiyini deyən Cabirli, “İnanırıq ki, bu görüş “Tək Millət” olan xalqlarımız arasında qlobal miqyasda diaspora fəaliyyətlərimiz üçün faydalı olacaqdır.”,- deyə əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
