FTX "Krokus"dakı terrorla bağlı daha 20 nəfəri həbs etdi
Rusiyan "Crocus City Hall" konsert zalında baş verən terror aktı ilə əlaqədar 20-dən çox şəxs saxlanılıb.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Mərkəzi Asiya Ölkələri Təhlükəsizlik və Kəşfiyyat İdarələri Şurasının (SORB) Bişkekdə keçirilən iclasında danışıb.
Bortnikovun dediyinə görə, rusiyalı təhlükəsizlik qüvvələri terror aktında iştirak edənlərin bütün dairəsini müəyyənləşdirməkdə davam edirlər.
"Bir neçə gün əvvəl terror aktı baş verən "Crocus City Hall" konsert zalında 20-dən çox şəxs saxlanılıb. Onların arasında müxtəlif dövlətlərin vətəndaşları da var" - deyə Bortnikov əlavə edib.
Oxşar xəbərlər
“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi saxlanıldı
Rusiya İstintaq Komitəsi “Crocus City Hall”un konsert zalında baş verən hadisə ilə bağlı daha bir nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə RT-nin hüq...