FTB terror aktı hazırlamaqda şübhəli bilinən 8 Tacikistan vətəndaşını saxlayıb
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Los Anceles, Nyu York və Filadelfiyada Tacikistan mənşəli səkkiz nəfəri həbs edib və onların İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu güman edilir.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, həbs edilənlər ABŞ-yə qanunsuz olaraq – ölkənin cənub sərhədindən keçərək daxil olublar. Onlardan ikisi 2023-cü ilin yazında sərhədi keçib. FTB əməkdaşları bu şəxsləri bir neçə ay ərzində izləyib və sonra onları terror hücumunu hazırlamaqda ittiham ediblər.
Rəsmi səbəb kimi isə miqrasiya qanunlarının pozulması göstərilib.
"New York Post" qəzetinin məlumatına görə, həbs edilənlərin altısının Rusiya vətəndaşlığı var. Qəzetin bildirdiyinə görə, hüquq-mühafizə orqanları dinləmələr zamanı güman edilən terrorçulardan birinin bomba haqqında danışdığını qeyd edib.
Oxşar xəbərlər
İŞİD Moskvadakı terroru törətməyə qadir idi? - TƏHLİL
Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir: - Rusiya “İslam dövlət...