FT: G20 Rusiyaya qarşı sanksiyaları yüngülləşdirəcək
"İyirmilik Qrupu"nun (G20) beynəlxalq ödənişləri sürətləndirmək planları Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına səbəb ola bilər.
Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.
Nəşrin yazdığına görə, transsərhəd ödənişlərin sürətləndirilməsi maliyyə cinayətlərini təşviq edə və anti-Rusiya, digər sanksiyalara əməl etməyi çətinləşdirə bilər.
Bundan əlavə, G20 planı real vaxt rejimində əməliyyatların bloklanmasını nəzərdə tutmur ki, bu da ABŞ-nin bir çox sanksiya proqramları üçün məcburi tələbləri pozur.
Bundan əvvəl Almaniya İqtisadiyyat Nazirliyi açıqlayıb ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketlərini, o cümlədən onlardan yayınmaların qarşısının alınmasının öyrənilməsini hazırlamağa başlayıb.
“Biz indi Brüsseldə 12-ci sanksiyalar paketini təsdiqləmişik və bundan sonra yeni paketlər gələcək”, - nazirlik qeyd edib.
12-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı və G7 ölkələri 2024-cü ildən etibarən Rusiyadan almaz idxalını qadağan etmək qərarına gəliblər.
Oxşar xəbərlər
Zirəddin Rzayev: “2024 - təbii fəlakətlər ilidir, amma yaxşı tərəfləri də olacaq” - MÜSAHİBƏ - FOTO
“2024 - xəstəliklər ili olacaq”. BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a müsahibəsində Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev deyib. M...