Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir - Mövlud Çavuşoğlu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistanı açıq şəkildə dəstək verdilər:
"Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdir. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu".
Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...