Fransalı müxalif deputatlar hökumətə etimadsızlıqla bağlı səsvermə keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa parlamentində solçu koalisiya olan “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” (NUPES) gələn həftə pensiya islahatları ilə bağlı hökumətə etimadsızlıq səsverməsi keçirəcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Tabe olmayan Fransa” sol partiyasının parlament fraksiyasının sədri Matilda Pano məlumat verib.
Onun sözlərinə görə, NUPES koalisiyasının bütün üzvləri etimadsızlıq səsverməsini dəstəkləyəcək.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Bunun təşəbbüskarı Fransa Prezidenti Emmanuel Makron idi. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb. Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir - YENİLƏNİR
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb. Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz...