Fransada nümayişçilər merin evinə hücum etdi: Xanımı və övladı yaralandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edildiyini, həyat yoldaşı və uşağının yaralandığını bildirib.
Bu barədə meriyanın rəhbəri “Twitter” səhifəsində yazılıb.
Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:
“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.
Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.//oxu.az
Oxşar xəbərlər
17 yaşlı əlcəzairlinin qətli - Fransada davam edən irqçi cinayət - ŞƏRH
Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərirlər. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyy...