Fransada Avropa Parlamentinə seçkilərdə iştirak edəcək namizədə yumurta atıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Parlamentinə seçkilərdə Sosialist Partiyası və "İctimai Yer" partiyasının birgə siyahısında olan lider Rafael Qluksmana Fransanın Sent-Etyen şəhərində yumurta və boya atılıb.
Bu barədə "France Bleu" radiosu məlumat yayıb.
Məlumata görə, Qluksman 1 May İşçilərin Həmrəyliyi Gününü qeyd edən həmkarlar ittifaqlarının ümumi sütununda Saint-Etienne küçələrində gəzməyi planlaşdırıb.
Lakin onun yolunda peyda olan bir qrup aqressiv tələbə siyasətçinin əleyhinə şüarlar səsləndirib və ondan yürüşü dayandırmağı tələb ediblər.
Bəzi nümayişçilərin əllərində Fələstin bayraqları olub.
Hücum nəticəsində siyasətçi mitinqdə iştirakını erkən bitirməli olub. O, jurnalistlərə verdiyi açıqlama bildirib ki, hücum edənlər arasında solçu “İtaətsiz Fransa” və “Daimi İnqilab” partiyalarının fəalları olub.
🔴 Saint-Etienne : le candidat socialiste aux européennes Raphaël Glucksmann exfiltré de la manifestation du 1er mai. Il a reçu des projectiles de peinture. pic.twitter.com/2PCteXbIg0
— France Bleu Saint-Étienne Loire (@bleustetienne) May 1, 2024
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...