Fransada “Amazon”un anbar inşasına qarşı etiraz aksiyası keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın cənubundakı Furne kommunası yaxınlığında 1 000-ə yaxın fransız ABŞ-ın “Amazon” şirkəti tərəfindən anbar inşa edilməsinə etiraz olaraq təşkil olunan aksiyada iştirak edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, aktivistlər UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Pon dü Qar körpüsünün yaxınlığında ağac və kollar əkirlər. Çünki bu ərazinin yaxınlığında “Amazon” 38 min kvadrat metrlik anbar inşa etməyi planlaşdırır. Aksiya ekoloji və antikapitalist assosiasiyaların çağırışı ilə keçirilir.
Etiraz təşkilatçıları şirkətin fəaliyyətinin iş yerlərini dağıtdığını, kiçik dükanların bağlanmasına səbəb olduğunu və ətraf mühitə mənfi təsir etdiyini düşünürlər.
Agentliyin yazdığına görə, oxşar aksiyaların Mets, Kemper və Ruanda da keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Fransada işsizlik əleyhinə aksiya: Minlərlə insan Emmanuel Makron hökumətinə etiraz etdi - VİDEO
Fransada hökumətə qarşı növbəti etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə və pandemiya dövründə yaranmış...