Fransada 11 yaşlı uşaq bələdiyyə sədrini başını kəsməklə hədələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın Lion şəhərində 11 yaşlı uşaq bələdiyyə sədrini başını kəsməklə hədələyib.
BAKU.WS RİA agentliyinə istianadən xəbər verir ki, Riye-la-Pap bələdiyyə sədri Aleksandr Vensande 6 martda “Facebook” səhifəsində bir şəxsin onun başını kəsəcəyi, bələdiyyə binasını yandıracağı ilə bağlı divarda yazılmış foto paylaşmışdı. Polis elə həmin gün cinyaətkarlardan birinin tutulması ilə bağlı xəbər yaysa da, onun kimiliyi barədə ətraflı məlumat verilməmişdi.
Bu gün Lion prokuroru Nikola Jake həmin şəxsin 11 yaşlı uşaq olmasını açıqlayıb: “Onunla yaşı nəzərə alınaraq qanuna müvafiq formada intizam tədbirləri görüləcək”.
Oxşar xəbərlər
İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb
İrəvanda etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, İrəvanın mərkəzindəki polis idarəsinin binasını mühasir...