Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb
02
avq
2024
22:34
Fransa Xarici İşlər Nazirliyi öz vətəndaşlarını mümkün qədər tez İranı tərk etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.
“Yaxın Şərqdə gərginlik və eskalasiya riski ilə əlaqədar olaraq, İranda olan bütün Fransa vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri şiddətlə tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, fransızlar bir müddət İrana səfər etməkdən çəkinməlidirlər.
Oxşar xəbərlər
Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib. “Report” xəbər verir ki, bu barədə nazirliy...