Fransa Ermənistana "müdafiə məqsədilə" hərbi texnikalar verəcək
21
fev
2024
22:01
“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.
O əlavə edib ki, “Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır”.
Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb.
Mənbə: Sputnik
Oxşar xəbərlər
Fransanın erməni sevgisi: Paris sülhdən sonra Bakının üzünə necə baxacaq? - ŞƏRH - FOTO
Fransanın Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşması təəssüf ki, ara vermir. Rəsmi Parisin ritorikası əvvəl ermənipərəst idisə, indi açıq-aydın anti-Az...