Firdovsi Əliyev müavinini və köməkçisini vəzifədən azad etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini və köməkçisi vəzifələrindən azad ediliblər.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Firdovsi Əliyev müvafiq əmrlər imzalayıb.
Belə ki, Arif Ağayev icra başçısının müavini, Elvar Səfərov isə icra başçısının köməkçisi vəzifəsindən azad ediliblər.
Digər əmrlərlə A.Ağayev icra başçısının Füzuli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, E.Səfərov isə RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin olunub.
Hazırda müavin və köməkçi vəzifələri isə vakansiyaya çıxarılıb.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...