Finlandiya viza almaq üçün maliyyə zəmanətlərini artırıb
02
yan
2024
17:25
Finlandiya Şengen vizası alan səyahətçilər üçün maliyyə zəmanəti tələbini gündə 30 avrodan 50 avroya qədər artırır.
“Report” xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il yanvarın 1-dən Finlandiyaya qısamüddətli qalmaq üçün gələn səyahətçilərin ölkədə qaldıqları hər gün üçün ən azı 50 avro məbləğində vəsaiti olmalıdır”, - məlumatda bildirilib.
Qeyd edilib ki, bu maliyyə zəmanəti 90 gündən çox olmayan səfərlərə şamil edilir.
Oxşar xəbərlər
2024-cü ilə ilk girən ölkələr və atəşfəşanlıqları - FOTOLAR
Ölkəmiz 2023-cü ilə ötən gecə, saat 00:00-da qədəm qoydu. Lakin həmin ana qədər artıq bir sıra ölkələr yeni ili qarşılamışdı. BAKU.WS xarici mətbuata istinadən,...