Finlandiya təcili şəkildə trotil zavodu tikmək istəyir

Finlandiya təcili şəkildə trotil zavodu tikmək istəyir
Siyasət 82

Finlandiya Ukraynada müharibə və partlayıcı maddələrin kəskin çatışmazlığı fonunda təcili olaraq trotil istehsalı zavodu tikmək istəyir.

“Report” xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı məlumat yayıb.

“Biz partlayıcı maddələrin istehsalını əhəmiyyətli dərəcədə artırmalıyıq, buna görə də bu məsələdə yerli sənayenin rolunu ciddi şəkildə düşünməliyik”, – müdafiə naziri Antti Həkkənen bildirib.

Zavodun yaradılması ilə bağlı işgüzar dairələrin nümayəndələri, investorlar və müdafiə sənayesi bazarının iştirakçıları ilə danışıqlar aparılıb.

“Bazar iştirakçıları bu cür istehsalın zəruriliyindən xəbərdardırlar, hər halda, dövlət bu məsələnin tənzimlənməsində əsas rol oynayacaq ki, istehsal bir-iki ildən sonra başlaya bilsin”.

Nazir vurğulayıb ki, söhbət birgə layihədən gedir. Skandinaviya ölkələri və digər müttəfiqlərlə sıx dialoqda bu məsələ irəli sürülür. Məlumata görə, zavodun harada tikiləcəyi ilə bağlı yekun qərar hələ verilməyib.

Son xəbərlər