Film kimi OLAY - Xəzinə axtaran 5 nəfər evin altında 40 metrlik quyu qazıb lift quraşdırdılar - FOTO

Türkiyədə, Kırklarelinin Pehlivanköy rayonunda evin altında qanunsuz xəzinə axtaran 5 nəfər saxlanılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar evin altında 40 metr dərinlikdə quyu qazaraq xəzinə axtarmaq üçün lift sistemi quraşdırıblar.
Kırklareli İl Jandarma Komandanlığı Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən aparılan araşdırmada sözügedən şəxslərin yeri müəyyənləşib. Daha sonra keçirilən əməliyyatla şübhəlilər yaxalanıb.
Evə baxış zamanı dərinliyi 40 metr olan quyu, orada quraşdırılmış lift sistemi, həmçinin əl detektoru, 5 bel, 3 balta, 3 qaz maskası, 3 baş fənəri, 1 kəndir, 1 dalğıc nasosu götürülüb. İcazəsiz xəzinə axtarışı ittihamı ilə saxlanılan 5 şübhəli barəsində istintaq başlanıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə qaçaq avtomobil əməliyyatı: 25 milyonluq vasitələr müsadirə edildi - FOTO
Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilən nəzarətlər zamanı qeyri-qanuni əməliyyat...
