14 yaşlı uşaq atasını balta ilə öldürüb - FOTO

Kahramanmaraşda 14 yaşlı yeniyetmə atasını balta ilə öldürüb.
Dindirilməsi zamanı törətdiyi cinayəti etiraf edən H.B adlı yeniyetmə cinayəti atasının onu təhqir etdiyi üçün törətdiyini bildirib.
Qeyd edək ki, dekabrın 19-da gecə saatlarında Geben məhəlləsində baş verən hadisədən sonra 58 yaşlı Əhməd Bakacak evin aşağı mərtəbəsindəki tövlədə ölü tapılıb. İstintaq zamanı onun başından aldığı zərbələrdən öldüyü müəyyən edilib.
"Atam məni təhqir edib söyüş söydü. Məni isti dəmirlə döyəcəkdi. Ona görə də balta ilə iki dəfə kəllə sümüyündən vuraraq öldürdüm" deyə 14 yaşlı yeniyetmə törətdiyi cinayət ifadəsində qeyd edib.
O, həbs olunarkən hadisədə istifadə edilən balta evdən 400 metr aralıda yerləşən zibil qabının içindən tapılıb.

Oxşar xəbərlər
Türkiyənin daxili işlər naziri: "Kahramanmaraşda 110 681 bina tikiləcək"
"Kahramanmaraşda 110 681 bina tikiləcək". BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu gün Kahramanmaraşda s...
