FHN ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində törətdiyi yanğınları söndürdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk etdilər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.
Oxşar xəbərlər
Arayikin “nümayəndəsi” Laçın və Zabuxdakı erməniləri evləri yandırmağa ÇAĞIRDI
Qarabağdakı Rusiya hərbçilərinin müvəqqəti nəzarətində yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilər narahat günlər yaşayırlar....