Fəttah Heydərov xəstələndi, Milli Məclisdə ənənə pozuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin iştirak etdiyi yeni çağırış Milli Məclisin ilk iclasını deputat Ziyad Səmədzadə aparır.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yeni çağırış parlamentin ilk iclasını ən qocaman deputat açır.
Qeyd edək ki, parlamentin ən qocaman deputatı Fəttah Heydərovdur. Onun 82 yaşı var. Ziyad Səmədzadənin isə 80 yaşı var.
Əldə etdiyimiz məlumata görə, F.Heydərov səhhətində yaranan problem səbəbindən Milli Məclisin iclasına qatılmayıb. Buna görə də, iclasa sədrlik etmək Z.Səmədzadəyə həvalə olunub.
Oxşar xəbərlər
Sabah yeni çağırış Milli Məclis ilk dəfə toplanır: İclası o aparacaq
Martın 10-da yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Oxu.Az"a Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib...