Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizim media məkanında fundamental problemlər mövcuddur”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
“1988-ci ildə münaqişə başlayanda sovet ideologiyasının jurnalistikamıza təsiri var idi. O vaxt bir çox jurnalistlərin materialları müxtəlif ölkələrdə də dərc olunurdu. Son vaxtlar müəyyən problemlər əmələ gəldi. İndi daha çox iki-üç cümləlik materiallara rast gəlinir”. - o bildirib.
Mərkəz rəhbəri vurğulayıb ki, postmünaqişə ilə bağlı istintaqları çox azdır: “Bu materialların az olmasını hər birimiz görürürük. Təhlil xarakterli materiallar da azdır. 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılar qovulmuşdu. Ermənilər isə bizim könüllü çıxdığımızı iddia edirlər. Həmin şəxslərdən müsahibə götürərək bu əsassız iddialara son qoymaq olar”.
Oxşar xəbərlər
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsi - TAM MƏTN
Azərbaycanda "Media haqqında" yeni qanun layihəsi hazırlanıb. Sənəd media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi infor...