Fariz Rzayev: Bakı və Aşqabad qarşılıqlı faydalı əməkdaşlıq qurur
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı ilə Aşqabad arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Türkmənistanın müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Azərbaycanla Türkmənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu baxımdan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istərdim.
Eyni zamanda humanitar, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq üçün imkanlar var və bu imkanlar xalqlarımızın bir-birini daha yaxından tanımasına və əlaqələrimizin dərinləşməsinə kömək edəcək", - o deyib.
Diplomat həmçinin Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...