FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti ildən başlayaraq FAO Azərbaycan ofisinin Naxçıvan bölməsinin yaradılması nəzərdə tutulur.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu FAO-nun Azərbaycandakı ofisinin idarəetmə mütəxəssisi Namiq Məmmədov jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, Naxçıvan kənd təsərrüfatı məhsulları istehsalı baxımından Azərbaycanın ən cəlbedici bölgələrindən biridir:
"FAO Azərbaycan ofisi olaraq da biz muxtar respublikada kənd təsərrüfatı korperativlərinin yaradılmasında, gənc və qadın fermerlərin təşəbbüslərinin dəstəklənməsində gələcəkdə liderlik rolunu oynamaq istəyirik. Burada bir sıra layihələr həyata keçirməyi planlaşdırırıq. Və ümid edirik ki, bu layihələr digər regionlarımızda keçirilən layihələr kimi uğurlu olacaq, bölgənin fermer təsərrüfatına, xüsusilə də kiçik və orta səviyyəli fermerlərin inkişafına təkan verəcək".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...